Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xariclə ticarət saldosu cari ilin ilk 11 ayında 5 milyard 566 milyon 172,54 min ABŞ dollarına çatıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu ilin noyabrında ümumilikdə xaricə 1 milyard 599 milyon 713,78 min dollarlıq məhsul ixrac edilib. Sözügedən dövr ərzində Azərbaycana 2 milyard 135 milyon 30,78 min dollarlıq məhsul idxal olunub.
Nəticədə ölkənin noyabr ayı üzrə ticarət balansında 535 milyon 317 min dollarlıq defisit yaranıb.
Qeyd edək ki, bu ilin ilk 11 ayında Azərbaycandan xaricə ümumilikdə 24 milyard 337 milyon 862,38 dollarlıq məhsul ixrac, 18 milyard 771 milyon 689,84 min dollarlıq isə məhsul idxal olunub.