Bakı. Trend:
Tibb müəssisələrində pasiyentlər arasında sıxlığı minimuma endirmək üçün canlı və onlayn növbə sistemləri təşkil olunub.
Trend xəbər verir ki, bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”ün “Səhiyyədə yeni imkanlar” adlı II panelində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, pilot layihə olaraq onlayn növbə sistemi Yeni Klinikada tətbiq olunur.
"Daha 5 tibb müəssisəsində isə hazırlıq prosesi davam edir.
2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə
yaxın isə onlayn növbə xidmətindən istifadə edib.
Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət
göstərən Yeni Klinika üçün beynəlxalq nüfuza malik HIMSS
təşkilatının EMRAM 6 akkreditasiya sertifikatının əldə olunması da
Azərbaycan səhiyyəsinin uğurlarındandır.
Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində də işlər aparılır: sözügedən sistemin təkmilləşdirilməsi və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində önəmli addımlar atılır və bu proses gələcəkdə də davam etdiriləcək", - deyə o əlavə edib.