Bakı. Trend:
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanıb. Bu kartı əldə etmək üçün sürücülər Bakı-Quba-Rusiya sərhədinin 44.5-ci kilometrində (yanacaq doldurma məntəqəsi), Quba və Xudat-Qusar keçid ödəmə məntəqələrindən, eləcə də Bakı şəhərindəki 2, 5, 6 və 7 saylı, Sumqayıt 2 saylı və Quba "ASAN xidmət" mərkəzlərindən istifadə edə bilərlər.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata əsasən, hazırda sürücülər həm “Sürətli Keçid Kartı” əldə edə bilər, həm də keçid məntəqələrində bank kartı ilə (nağdsız) ödəniş edərək ödənişli yoldan istifadə edə bilərlər. Lakin yaxın gələcəkdə ödənişli yoldan yalnız “Sürətli Keçid Kartı” sahiblərinin istifadə etməsi nəzərdə tutulur.
Sürücülərdən ödənişli yoldan istifadə zamanı gələcəkdə problemlə qarşılaşmamaq üçün öncədən “Sürətli Keçid Kartı”nı əldə etmələri xahiş olunur: