Bakı. Trend:
"Qaz İxrac" İdarəsinə məxsus "Qaradağ-Səngəçal" yüksəktəzyiqli magistral qaz kəmərinin 3-cü km-də, "Semzavod" və "Sənqəçal" QPS-lərdə, "Gips Zavodu" ölçü qovşağında yaranmış qaz sızmalarının ləğvi məqsədilə 18 dekabr 2024-cü il saat 09:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Trend-in məlumatına görə, "Azəriqaz" İB bununla əlaqədar olaraq müvafiq açıqlama yayıb.
Qaz təchizatının dayandırılması ilə əlaqədar olaraq, Qaradağ rayonunun Bağlar və Yeni Evlər massivləri, Sahil, Umbakı, Əzimkənd və Səngəçal qəsəbələri, həmçinin Yol evləri, Bağ evləri adlanan yaşayış ərazilərində müvəqqəti fasilə yaranacaq.
Eyni zamanda, Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 18 dekabr 2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.