Bakı. Trend:
Kanada hökuməti ABŞ-la sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün 1,3 milyard Kanada dolları (900 milyon ABŞ dollarından çox) məbləğində vəsait ayırmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Kanadanın İctimai Təhlükəsizlik Naziri və Maliyyə Nazirliyinin yeni rəhbəri Dominik Leblançın yaxın günlərdə bu planın təfərrüatlarını açıqlayacağı gözlənilir.
CBC-nin məlumatına görə, bu addım Ottavanın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın narahatlıqlarını aradan qaldırmaq cəhdidir. Tramp daha əvvəl Kanada sərhədində təhlükəsizlik tədbirlərinin kifayət qədər olmadığını iddia edərək, Kanadadan idxal olunan mallara yüksək tariflər tətbiq edəcəyi ilə hədələyib.
Yeni sərmayə planının iki ölkə arasındakı ticarət əlaqələrini qorumaq və sərhəd təhlükəsizliyini gücləndirmək məqsədi daşıdığı bildirilir.