Bakı. Trend:
Azərbaycanda dövlət büdcəsinin qeyri-neft gəlirlərində gömrük yığımlarının payı 34 faiz təşkil edir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən gömrük biznes-forumunda deyib.
N.Şirinov bildirib ki, Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə daxilolmalar artmaqda davam edir.
“Bu ilin 11 ayında gömrük yığımları və vergi daxilolmalarının büdcənin ümumi gəlirlərindəki payı 18 faiz təşkil edib. Halbuki 10 il əvvəl bu göstərici 10 faizdən aşağı idi.
Eyni zamanda, qeyri-neft gəlirlərində gömrük yığımlarının payı 34 faizdir. Yəni, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin üçdə biri Dövlət Gömrük Komitəsinin payına düşür. 10 il əvvəl bu göstərici də 10 faizdən aşağı idi”, – deyə N.Şirinov vurğulayıb.