...

ABŞ Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir

Dünya xəbərləri Materials 17 Dekabr 2024 05:07 (UTC +04:00)
ABŞ Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir

Bakı. Trend:

ABŞ yaxın həftələrdə Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"Ötən həftə ABŞ Gürcüstanda yüksək ranqlı məmurlar və parlament üzvləri də daxil olmaqla 20-yə yaxın şəxsə demokratik normaları pozduğuna görə viza məhdudiyyəti tətbiq edib. Yaxın həftələrdə görməyə hazır olduğumuz başqa tədbirlər də davam edəcək", - deyə Miller bildirib.

Xəbər lenti

Xəbər lenti