Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 109 milyon 593 min manat təşkil edib.
Bu barədə Trend Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Ticarət şəbəkəsində 570 milyon 330 min 800 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 539 milyon 262 min 200 manatlıq qeyri-qida məhsulları satılıb.