...

Azərbaycan XİN rəhbəri Müqəddəs Taxt-Tacın arxiyepiskopu ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdi

Siyasət Materials 16 Dekabr 2024 13:46 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri Müqəddəs Taxt-Tacın arxiyepiskopu ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlərlə Əlaqələr üzrə Katibi Arxiyepiskop Pol Riçard Qallager geniş tərkibdə görüş keçiriblər.

Trend xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Bildirilir ki, tərəflər görüş zamanı əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Tərəflər dünyada multikulturalizmin və dinlərarası dialoqun təşviqinə yönəlmiş birgə səylər və təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti