Bakı. Trend:
Braziliya prezidenti Luiz İnasio Lula da Silva, dekabrın 10-da xəstəxanaya yerləşdirildikdən və beyin qanamasının qarşısını almaq üçün iki əməliyyat keçirdikdən sonra, Sao Paulodakı xəstəxanadan buraxılıb.
Trend xəbər verir ki, Braziliyanın G1 portalı həkim Ana Elena Germolhoya istinadən bildirib ki, "Prezident sağaldı, xəstəxanadan çıxdı və indi evə qayıda bilər".
Lula da Silvanın həkimləri isə 79 yaşlı prezidentin öz vəzifəsinə qayıda biləcəyini açıqlayıblar.