Bakı. Trend:
Fransanın Dunkerk şəhəri yaxınlığındakı miqrant düşərgəsində baş verən atışma nəticəsində azı 5 nəfər həyatını itirib.
Trend-in Le Figaro-ya istinadən verdiyi məlumata görə, hadisə Vormu şəhərində qeydə alınıb. Həlak olanlar arasında iki təhlükəsizlik əməkdaşı, iki miqrant və 29 yaşlı bir kişi var.
Polisə təslim olan 22 yaşlı fransızın avtomobilində üç ədəd odlu silah aşkarlanıb. Hazırda atəş açanın motivi ilə bağlı məlumat verilməyib.
Sky News-un məlumatına görə, atışma zamanı həlak olan miqrantlar La-Manş boğazını keçməyə çalışan kürdlər olub.