...

Qardaş Azərbaycanın yanında olduq və bundan sonra da belə olacaq - Yaşar Gülər

Siyasət Materials 14 Dekabr 2024 05:46 (UTC +04:00)
Qardaş Azərbaycanın yanında olduq və bundan sonra da belə olacaq - Yaşar Gülər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Bir millət, iki dövlət” anlayışı ilə ölkəmizin təhlükəsizliyindən, əmin-amanlığından ayrı görmədiyimiz əziz Azərbaycanın sabitliyi naminə hər zaman qardaşlarımızın yanında olduq və bundan sonra da belə olacaq.

Trend-in məlumatına görə, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər dekabrin 13-də ölkə parlamentində çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, Türkiyənin ən böyük arzusu, Cənubi Qafqaz bölgəsində daimi sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh sazişininin əldə olunmasıdır.

Yaşar Gülər Türkiyə ordusunu “dost və qardaş ölkələrin gözlədiyi və etimad göstərdiyi güc faktoru” adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti