Bakı. Trend:
Qəzza zolağında atəşkəs və HƏMAS-ın saxladığı girovların azad edilməsi üzrə danışıqlarda müəyyən irəliləyiş var.
Trend-in məlumatına görə, bu barədə İsrailin "Kan" dövlət televiziya və radio şirkəti mənbələrə istinadən məlumat yayıb.
"Danışıqlarda iştirak edən mənbələr "Kan"a bildiriblər ki, onlar razılığa gətirib çıxaracaq anlaşmaya nail olmaq şansları ilə bağlı ehtiyatla nikbindirlər", - deyə bildirilib.
Qeyd edilib ki, Qətər və Misir razılığa gəlməyə çalışır, "ABŞ yuxarıdan vasitəçilərə güclü təzyiq göstərir"
Fələstinli qaynaqlar “hadisələrin dərinliyinə daxil olmağa başlayan Türkiyə HƏMAS-ı İsraillə razılaşmağa təşviq edir və sövq edir” deyə qeyd ediblər.