Bakı. Trend:
Suriyalı qaçqınlara dəstək üçün donor konfranslarının mexanizmi Suriyanın yenidən qurulmasına vəsait toplamaq üçün istifadə edilə bilər.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen G7 sammitində onlayn formatında çıxışı zamanı deyib.
"13 il ərzində biz Suriyadan kənarda, eləcə də onun daxilində suriyalılara dəstək olmaq üçün konfranslar (“Suriya və regionun gələcəyinə dəstək”) vasitəsilə 33,3 milyard avro səfərbər etmişik. Konfrans mexanizmi gələcəkdə bərpa üçün resursları səfərbər edilməsinə istifadə edilə bilər", - deyə o bildirib.
O, həmçinin ölkədə siyasi keçid dövründə Suriyada yaşayan bütün azlıqların qorunmasının vacibliyini qeyd edib və “qaçqınların təhlükəsiz və ləyaqətlə qayıtması üçün ilkin şərtlərin yaradılmasını” dəstəklədiyini bildirib.