...

Bu il Şahdağa gələn turistlərin sayı açıqlandı

Turizm Materials 14 Dekabr 2024 15:42 (UTC +04:00)
Bu il Şahdağa gələn turistlərin sayı açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

"Şahdağ" turizm kompleksinin hotellərinə 101 min turist gəlib.

Trend xəbər verir ki, bunu Şahdağda ilin yekunlarına həsr olunan tədbirdə jurnalistlərə açıqlamasında Şahdağ Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə, bu il turist sayında 30 faiz artım olub.

“Ümumilikdə kompleksi 280 mindən çox qonaq ziyarət edib və buradakı xizək və digər vasitələrdən istifadə edib.

Eyni zamanda, beynəlxalq yarışların keçirilməsi ilə bağlı da müraciətlər olub. Kompleksin inkişaf etdirilməsinə də xüsusi diqqət göstərilir”, - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti