...

Fransada Makronun istefası tələb edilib

Dünya xəbərləri Materials 13 Dekabr 2024 20:39 (UTC +04:00)
Fransada Makronun istefası tələb edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippot Fransa prezidenti Emmanuel Makronun “rejiminin sona çatdığını” elan edib və ona istefa verməyi tövsiyə edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkə hesabında yazıb.

Filippot qeyd edib ki, dövlət başçısı “NATO-yönlü və Avropayönlü” siyasətçi Fransua Bayrunu Fransa hökumətinin başçısı təyin edib.

“Bayru ultra-Avropapərəst, NATO tərəfdarıdır, koronavirusa qarşı məcburi peyvənd istəyən, poçtla səs vermək istəyən, 45 ilə yaxındır sistemdə olan... Makrona etimadsızlıq səsi verirəm, Makron istefa versin!” – siyasətçi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti