Bakı. Trend:
Çilinin mərkəzində 6,1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Kuriko şəhərindən 62 km cənub-şərqdə yerləşib. Təkanların ocağı 100 km dərinlikdə olub.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.