Bakı. Trend:
"Qış Nağılı" yarışması gənc gimnastların parlaq çıxışlarını təqdim edəcək.
Trend xəbər verir ki, iki gün davam edən yarışda 2009-2018-ci il təvəllüdlü gənc gimnastların parlaq performanslarını və qışın füsunkar ab-havasını bir araya gətirəcək.
İncə gimnastika elementləri, gimnastların nağılvari çıxışları qışın sehri ilə birləşib izləyicilərə unudulmaz anlar bəxş edəcək, gimnastikanın valehedici dünyasına pəncərə açacaq.
"Qış nağılı" xarici ölkələrin gimnasika federasiyalarını, klubları və yerli gimnastika cəmiyyətlərini bir araya gətirərək gimnastikanın müxtəlif üslublarını və texnikalarını nümayiş etdirəcək. Bu, həm də gənc gimnastların bacarıqlarını geniş auditoriya qarşısında nümayiş etdirmək və onların qlobal səhnədə parlaması üçün yaradılan bir fürsətdir.
Qeyd etmək lazımdır ki, növbəti il yeni yarış qaydaları qüvvəyə minəcək.