...

Kaliforniya sahillərində güclü zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 15 Dekabr 2024 13:24 (UTC +04:00)
Kaliforniya sahillərində güclü zəlzələ qeydə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Sakit okean sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar Şimali Kaliforniyanın Fortuna şəhərindən 63 km cənub-qərbdə, yerli vaxtla saat 23:22-də (Bakı vaxtı ilə 11:22) qeydə alınıb.

Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.

Hadisə nəticəsində tələfat və ya dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi də elan olunmayıb.

Xəbər lenti

Xəbər lenti