Bakı. Trend:
Avropa Suriyaya yenidənqurma işlərində kömək edəcək.
Trend-in məlumatına görə, bu barədə Almaniya kansleri Olaf Şolts deyib.
"Suriyanın bir dövlət olaraq suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlaması da vacibdir. Heç bir ölkə başqasının, daha güclünün arxa bağçası ola bilməz", - deyə o bildirib.
Kansler əlavə edib ki, bunu təmin etmək yeni rəhbərliyin ən mühüm vəzifəsidir.
"Onunla bu əsasda birgə işləyəcəyik. Avropa da bərpaya kömək edəcək", - deyə O.Şolts qeyd edib.
Eyni zamanda o, Almaniyada hazırda yüz minlərlə suriyalının yaşadığını bildirib. "Bəzi qaçqınlar tezliklə öz vətənlərinə qayıda biləcəklərini gözləyirlər və biz bunu dəstəkləyirik", - deyə o vurğulayıb.