...

3,3 milyonluq çay şirkətinin fəaliyyətinə xitam verildi, 5 milyonluq MMC-yə qoşuldu

İqtisadiyyat Materials 14 Dekabr 2024 10:55 (UTC +04:00)
3,3 milyonluq çay şirkətinin fəaliyyətinə xitam verildi, 5 milyonluq MMC-yə qoşuldu
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Gilan Tea” çay şirkətinin fəaliyyətinə xitam verilib.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Belə ki, “Gilan Tea” MMC “Green Plant” MMC-yə qoşulub və buna görə də “Green Plant” şirkəti yenidən təşkil edildiyini elan edib.

Qeyd edək ki, nizamnamə kapitalı 3 milyon 337 min 928.6 manat olan “Gilan Tea” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb.

Sözügedən ikinci şirkət isə “Astara Çay” MMC adı ilə 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Bu ilin oktyabrında şirkət rebrendiq edərək indiki adını – “Green Plant” MMC alıb. Şirkətin nimzanamə kapitalı 5 milyon 100 min manatdır.

Onu da əlavə edək ki, “Gilan Tea” və “Green Plant” MMC-lərin qanuni təmsilçisi Seyfullayev Kamil Əli oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti