...

Naxçıvanda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Energetika Materials 14 Dekabr 2024 13:26 (UTC +04:00)
Naxçıvanda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Trend-ə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.

Bildirilib ki, 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan 10 kilovoltluq 12 nömrəli xətt aparılan cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

“Təmir işləri ilə əlaqədər 15.12.2024-cü il tarixində saat 11:00-dan 12:00-dək Heydər Əliyev prospekti: bina 22 ,24, 26, 30, Nizami küçəsi: bina 34,38,40 və bu küçələrin yaxınlığında yerləşən iaşə obyektlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti