Bakı. Trend:
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən kafelərin birində şəhər sakininə qarşı xuliqanlıq edən əvvəllər məhkum olunmuş Rüfət Əmirov saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, həmin şəxsin üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı müxtəlif növ narkotik vasitələr və narkotik tərkibli həblər, eləcə də 1 ədəd bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-in İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.