Bakı. Trend:
Cənubi Koreya deputatlarının dekabrda prezident Yun Sok Yolun ölkədə hərbi vəziyyət tətbiq etməsindən və sonra onu ləğv etməsindən sonra impiçment elan edilməsi təklifinə ikinci dəfə səs verəcəyi gözlənilir.
Trend-in məlumatına görə, ötən həftə ən böyük müxalif Demokrat Partiyası dövlət başçısına impiçment elan etməyə cəhd edib. Lakin sonra hakim Xalq Gücü partiyasının əksər deputatları səsvermədə iştirakdan imtina etdilər və bunun sayəsində Yun Sok Yol öz postunu qoruyub saxlaya bildi.
Ardınca "Xalq Gücü" partiyasının lideri Han Donq Hun prezidentin vəzifəsində qalıb-qalmaması ilə bağlı mövqeyini bir neçə dəfə dəyişib. Cümə axşamı o, impiçmenti dəstəklədiyini ifadə edərək, hakimiyyət orqanlarının "bundan sonrakı çaşqınlığı dayandırmalı olduğunu" dedi.