...

ABŞ-da dronlar hava limanının fəaliyyətini iflic edib

Dünya xəbərləri Materials 15 Dekabr 2024 10:20 (UTC +04:00)
ABŞ-da dronlar hava limanının fəaliyyətini iflic edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Nyu-York əyalətində yerləşən Stüart Beynəlxalq Hava Limanı naməlum dronların fəaliyyəti səbəbindən müvəqqəti bağlanıb.

Trend-in NBC News-a istinadən verdiyi məlumata görə, Nyu-York qubernatoru Keti Hoçul hadisəni təsdiqləyərək bildirib ki, pilotsuz uçan aparatların hava məkanında hərəkəti səbəbindən hava limanının uçuş-enmə zolağı təxminən bir saat bağlı qalıb. "Bu vəziyyət artıq çox uzağa gedib", - deyə Hoçul vurğulayıb.

Qubernator həmçinin insanları və kritik infrastrukturu qorumaq üçün dronlara qarşı mübarizədə hüquq-mühafizə orqanlarına daha geniş səlahiyyətlər verilməsini nəzərdə tutan qanunvericilik çağırışı edib.

Bir gün əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp isə son zamanlar ölkənin müxtəlif bölgələrində görünən “sirli” dronların vurulması üçün çağırış etmişdi.

Xəbər lenti

Xəbər lenti