Bakı. Trend:
Azərbaycanda ayrı-ayrı iqtisadi rayonlar üzrə pensiyaçıların sayı, eləcə də, ən yüksək və ən aşağı təyin olunmuş pensiyaların orta aylıq məbləği məlum olub.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu ilin oktyabrın 1-i vəziyyətinə Azərbaycanda pensiyaçıların və orta aylıq pensiya məbləğinin ən çox olduğu yer Bakı şəhəridir.
Belə ki, qeyd olunan dövr ərzində Bakıda pensiyaçıların sayı 385 505 nəfər, orta aylıq pensiya məbləği isə 675,07 manat olub.
Siyahıda ikinci pillədə 450,21 manat orta aylıq pensiya məbləği ilə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.
Naxçıvandan sonra ən yüksək pensiyanın verildiyi iqtisadi rayonlar arasında Abşeron-Xızı iqtisadi rayonu (413,95 manat) üçüncü, Gəncə-Daşkəsən iqtisadi rayonu (400,07 manat) isə dördüncüdür.
Siyahıda ilk beşliyi Şirvan-Salyan iqtisadi rayonu tutur. Belə ki, sözügedən rayonda təyin olunmuş pensiyaların orta aylıq məbləği 399,63 manatdır.
2024-cü il oktyabr ayının 1-i vəziyyətinə iqtisadi rayonlar üzrə pensiyaçıların sayı və təyin olunmuş pensiyaların orta aylıq məbləğini təqdim edirik:
İqtisadi rayonlar |
Pensiyaçıların sayı, nəfər |
Təyin olunmuş pensiyaların orta aylıq məbləği, manat |
Bakı şəhəri |
385505 |
675,07 |
Naxçıvan Muxtar Respublikası |
46581 |
450,21 |
Abşeron-Xızı iqtisadi rayonu |
56115 |
413,95 |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
59779 |
400,07 |
Şirvan-Salyan iqtisadi rayonu |
45189 |
399,63 |
Şərqi Zəngəzur iqtisadi rayonu |
26557 |
395,24 |
Qazax-Tovuz iqtisadi rayonu |
65561 |
392,91 |
Quba-Xaçmaz iqtisadi rayonu |
48212 |
392,51 |
Dağlıq Şirvan iqtisadi rayonu |
31011 |
389,66 |
Mərkəzi Aran iqtisadi rayonu |
71813 |
389,12 |
Qarabağ iqtisadi rayonu |
63143 |
388,23 |
Mil-Muğan iqtisadi rayonu |
47560 |
385,74 |
Lənkəran-Astara iqtisadi rayonu |
86063 |
383,60 |
Şəki-Zaqatala iqtisadi rayonu |
65442 |
383,46 |
Qeyd edək ki, bu ilin oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1098,5 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 11,9 faiz artaraq, 493,9 manat təşkil edib və orta aylıq əməkhaqqının 49,7 faizinə bərabər olub.