...

"Qarabağ" klubların UEFA reytinqində geriləyib

İdman Materials 15 Dekabr 2024 14:23 (UTC +04:00)
"Qarabağ" klubların UEFA reytinqində geriləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA klublar reytinqinin yenilənmiş siyahısı açıqlanıb. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının son oyun turları bəzi dəyişikliklərə səbəb olub.

Trend-in məlumatına görə, Azərbaycanın çempionu “Qarabağ” reytinqdə bir pillə geriləyib. Səfərdə İsveçin “Elfsborq” klubuna 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi 32,000 xalla 63-64-cü yerləri bölüşür.

Belçikanın “Yunion” klubu Konfrans Liqasında “Nitsa” üzərində 2:1 hesablı qələbə qazanaraq xalını 33,000-ə yüksəldib və “Qarabağ”ı geridə qoyub. İngiltərənin “Aston Villa” klubu isə xalını 32,000-ə çatdıraraq Ağdam klubuna şərik olub.

Azərbaycanın digər klublarına gəldikdə, “Neftçi” 8,000 xalla 177-ci yeri bölüşür. “Zirə”, “Sabah” və “Sumqayıt” 4,000 xalla 310-cu yerdədir. “Qəbələ” və “Şamaxı” isə 3,925 xalla 323-cü sıradadır.

Reytinqin zirvəsində isə 135,000 xalla “Mançester Siti” qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti