Bakı. Trend:
Tədbir iştirakçı komandaların paradı ilə başlayıb. Ardınca Azərbaycan Boks Federasiyası (ABF) İdarə Heyətinin üzvü Rövşən Hüseynov çıxış edərək, yarışın əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb. O, bildirib ki, “Çempionat milli komanda üçün böyük önəm kəsb edir. Burada fərqlənən boksçular yığmaya cəlb olunacaqlar. Qoy, ən güclü qalib gəlsin”.
Trend xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə yarış açıq elan edilib.
Qeyd edək ki, Boks Mərkəzində təşkil olunan çempionatda kişilər 13, qadınlar 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər. Yarışa respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 200 (178 kişi, 22 qadın) boksçusu qatılıb. Çempionatda qaliblərin adına dekabrın 20-də aydınlıq gələcək.