...

İranın 7 vilayətində məktəb, universitet və dövlət idarələrinin fəaliyyəti dayandırılıb

Dünya xəbərləri Materials 15 Dekabr 2024 16:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah (16 dekabr) İranın 7 vilayətində hava şəraitinin soyuq olması və enerji istehlakının idarə olunması ilə əlaqədar orta məktəblər, universitetlər və dövlət idarələrinin fəaliyyətinin dayandırılmasına qərar verilib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, İranın Qərbi Azərbaycan, Kürdüstan, Gülüstan, Kirmanşah, Şimali Xorasan, Simnan və Mazandaran vilayətində orta məktəblər, universitetlər və dövlət idarələri fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, son günlər İranda qaz istehlakı ciddi şəkildə artıb. Bu isə mənzil qaz təchizatında bir sıra problemlər yaradıb. İranın Milli Qaz Şirkətinin sözçüsü Həsən Musəvi qeyd edib ki, ötən gün İranın qaz şəbəkəsinə 850 milyon kubmetr qaz vurulub. Onun 601 milyon kubmetri mənzillər, ticarət-iaşə obyektlərində istehlak olunub.

Xəbər lenti

Xəbər lenti