...

Əsəd ailəsinin aktivlərinə beynəlxalq ov başlanacaq

Dünya xəbərləri Materials 15 Dekabr 2024 18:29 (UTC +04:00)
Əsəd ailəsinin aktivlərinə beynəlxalq ov başlanacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailəsinin xaricdə yerləşən aktivləri beynəlxalq diqqət mərkəzinə çevrilə bilər və əsl "ov" obyektinə dönəcək.

Trend xəbər verir ki, “The Wall Street Journal” mənbələrə istinadən bu barədə məlumat yayıb.

Jurnalın bildirdiyinə görə, Əsəd ailəsinin xarici aktivləri arasında Rusiyada daşınmaz əmlak, Vyanadakı otellər və Dubayda şəxsi təyyarə kimi əmlaklar yer alır.

Ağ Evin keçmiş rəsmisi Endryu Tabler qeyd edib ki, Əsəd ailəsi həmişə sürgün ehtimalına qarşı hazırlıqlı olub: "Onların hər zaman B planı var idi, buna görə də beynəlxalq səviyyədə ovlanacaqlar."

Xəbər lenti

Xəbər lenti