...

ABŞ Yaxın Şərqə "Harry Truman" təyyarədaşıyan gəmisi ilə birlikdə dəniz hücum qrupu göndərib

Dünya xəbərləri Materials 15 Dekabr 2024 20:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus atom enerjili təyyarədaşıyan "Harry Truman" başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu dekabrın 14-də Yaxın Şərqə göndərilib.

Trend xəbər verir ki, Birləşmiş Ştatların Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyətində olan Yaxın Şərq regionuna yerləşdirilən zərbə qrupu, "Harry Truman" ilə birlikdə esmineslər eskadrilyası, Ticonderoga sinifli idarə olunan raket kreyseri və iki Arleigh Burke sinfinə aid idarə olunan raket esminesini də əhatə edir.

Komandanlığın mətbuat xidmətinin verdiyi məlumata görə, zərbə qüvvəsi regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti