...

İsrail hökuməti Colan təpələrinin inkişafı üçün yeni planı təsdiqləyib

Dünya xəbərləri Materials 15 Dekabr 2024 19:20 (UTC +04:00)
İsrail hökuməti Colan təpələrinin inkişafı üçün yeni planı təsdiqləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət, Colan təpələrinin inkişafı üçün yeni bir planı təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin mətbuat xidməti məlumat yayıb. Qərara əsasən, plan Colan təpələrində yaşayış məntəqələrinin inkişafını, təhsil və bərpa olunan enerji sahələrini, tələbə kəndinin yaradılmasını və yeni sakinlərin qəbulunu nəzərdə tutur. Həmçinin, Colan Təpələri Regional Şurasına təşkilati inkişaf proqramı üzrə məsələlərin həllində kömək ediləcək.

İsrail hökuməti planın həyata keçirilməsi üçün 40 milyon şekel (təxminən 18,9 milyon manat) vəsait ayıracağını açıqlayıb. Təşəbbüsün əsas məqsədi Colan təpələrinin əhalisini iki dəfə artırmaqdır.

Açıqlamada, Colan yüksəkliklərindəki yaşayış məntəqələrinin möhkəmlənməsinin İsrail Dövlətinin möhkəmlənməsi demək olduğu vurğulanıb.

Qeyd edək ki, Colan yüksəklikləri İsrail və Suriya arasında mübahisə mövzusudur.

Xəbər lenti

Xəbər lenti