Bakı. Trend:
ABŞ və Britaniyanın hərbi hava qüvvələri Yəmənin qərbində husilərin "Ənsar Allah" hərəkatına aid hədəflərə hava zərbələri endirib.
Trend xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Zərbələr Əl-Hodeyda əyalətinin Əl-Tuheit bölgəsindəki obyektləri hədəf alıb. Hazırda "Ənsar Allah" tərəfdarları arasında itkilər barədə məlumat yoxdur.