Bakı. Trend:
2024-cü il dekabrın 15-də Finlandiyanın dörd şəhərində, Rusiya ilə sərhədlərin açılmasına dəstək üçün mitinqlər təşkil edilib.
Trend xəbər verir ki, aksiya iştirakçıları Finlandiya hakimiyyətinə və mediaya, şərq sərhədinin bağlanmasından zərər çəkən insanların hələ də burada olduğunu xatırlatmaq məqsədilə bu nümayişləri keçirdiklərini bildiriblər.
Mitinqlər Helsinki, Lahti, Lappeenranta və Tampere şəhərlərində təşkil edilib. İcmanın əsas mesajı isə sərhədin yalnız mallar üçün deyil, həm də insanlar və qanuni səyahət edənlər üçün açıq olmasının vacibliyini vurğulamaq olub.