Bakı. Trend:
İsrail Suriya ilə qarşıdurmada maraqlı deyil.
Trend-in məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, İsrail Suriyaya qarşı siyasəti “yerlərdə reallığa uyğun olaraq” müəyyən edəcək.
"Biz Suriya ilə qarşıdurmaya girməkdə maraqlı deyilik. İsrailin Suriya siyasətini yerlərdə reallığa uyğun formalaşdıracağıq", - deyə B.Netanyahu bildirib.