...

FHN komandası dövlət qurumları arasında keçirilən voleybol yarışının çempionu olub

İdman Materials 15 Dekabr 2024 21:00 (UTC +04:00)
FHN komandası dövlət qurumları arasında keçirilən voleybol yarışının çempionu olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən dövlət qurumları arasında voleybol yarışında Fövqəladə Hallar Nazirliyinin (FHN) komandası möhtəşəm nəticə göstərib.

Trend xəbər verir ki, yarışda 9 komanda iştirak edib və FHN komandası bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Finalda SOCAR komandası ilə qarşılaşan FHN komandası 2:0 hesabı ilə qalib gələrək yarışın çempionu olub.

Yarışın qaliblərinə Gənclər və İdman Nazirliyinin tərəfindən kubok və medallar təqdim edilib.

Xəbər lenti

Xəbər lenti