...

Rusiya Suriyadakı xarici nümayəndəliklərin bəzi əməkdaşlarını təxliyə edib

Dünya xəbərləri Materials 15 Dekabr 2024 22:58 (UTC +04:00)
Rusiya Suriyadakı xarici nümayəndəliklərin bəzi əməkdaşlarını təxliyə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın xarici nümayəndəliklərinin əməkdaşlarının bir hissəsi Dəməşqdən təxliyə edilib, Rusiya səfirliyinin işi davam edir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Situasiya və Böhran Mərkəzinin Departamenti xəbər verib.

"Dekabrın 15-də Xmeymim aviabazasından Rusiya Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələrinin xüsusi reysi ilə Rusiyanın Dəməşqdəki xarici nümayəndəliklərinin şəxsi heyətinin bir hissəsi Çkalovski hava limanına çatdırılıb", - deyə qeyd olunub.

Bildirilib ki, Rusiyanın Dəməşqdəki səfirliyinin işi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti