...

Sosial Xidmətlər Agentliyi bu il 271 repatriantla sosial reabilitasiya işi aparıb

Cəmiyyət Materials 14 Dekabr 2024 13:45 (UTC +04:00)
Sosial Xidmətlər Agentliyi bu il 271 repatriantla sosial reabilitasiya işi aparıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən 2024-cü ilin ötən dövründə 271 repatriantla sosial reabilitasiya işi aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilib. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, həmin plan üzrə sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilib.

Hazırda 47 repatriantla sosial iş çərçivəsində reabilitasiya xidmətləri davam etdirilir.

Ümumilikdə isə 2018-ci ildən indiyədək Agentlik 500-dən çox repatriantı sosial reabilitasiya xidmətləri ilə təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti