Bakı. Trend:
İtaliyanın Baş naziri Ciorcia Meloni, Livanda atəşkəsin dəstəklənməsi mövzusunda ölkəsinin öhdəliyinə sadiq olduğunu bildirib.
Trend xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Ciorcia Meloni Romada səfərdə olan livanlı həmkarı Nəcib Mikati ilə görüş keçirib.
Görüş zamanı Meloni, BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin rolunun əhəmiyyətini vurğulayıb və hərbçilərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd edib.
Həmçinin, Suriyadakı vəziyyət müzakirə edilib. İtaliyanın Baş naziri, Suriya birliyinin və ərazi bütövlüyünün qorunmasının, azlıqların müdafiəsinin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.