...

Gələn il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılır

İqtisadiyyat Materials 14 Dekabr 2024 11:59 (UTC +04:00)
Gələn il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılır
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılır.

Trend xəbər verir ki, bu, Milli Məclisin dekabrın 16-da keçiriləcək iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367,6 milyon manat nəzərdə tutulmuşdu. Parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq.

Beləliklə, dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri 40 milyon manat artırılır.

Xəbər lenti

Xəbər lenti