Bakı. Trend:
Türkiyənin Suriyadakı səfirliyi 12 illik fasilədən sonra bu gün fəaliyyətini bərpa edəcək.
Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə KİV-ə açıqlamasında deyib.
H.Fidanın sözlərinə görə, yeni təyin olunmuş müvəqqəti işlər vəkili Türkiyə nümayəndə heyətinin tərkibində artıq dünəndən Dəməşqdədir.