Bakı. Trend:
Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallagerin Azərbaycana üç günlük səfəri başlayıb.
Trend xəbər verir ki, səfərin əsas məqsədi paytaxt Bakıda II İohann Pavelin şərəfinə yeni kilsənin təməlinin qoyulması olub.
Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin X sosial şəbəkəsindəki səhifəsində dərc olunan proqrama əsasən, arxiyepiskop Qallager bu gün yerli dini icmaların nümayəndələri ilə görüşəcək və Məryəm Mərkəzi təhsil mərkəzinə baş çəkəcək.