Mingəçevir. Trend:
Dünən axşam saatlarından etibarən Mingəçevirdə əsən külək fəsadlar törədib.
Trend-in yerli müxbirinin xəbərinə görə, əsən güclü külək nəticəsində şəhərdə iri gövdəli və xırda ağaclar aşıb.
Külək nəticəsində yaşayış binasının üstü uçub, elektirik naqilləri və internet xətləri qırılıb.
Hazırda şəhərin müxtəlif ərazilərində qeydə alınan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, bölgələrdə küləkli hava şəraiti müşahidə olunur.