Bakı. Trend:
Bakının Xətai rayonunda idman zalında məşq zamanı yeniyetmə idmançılardan birinin digərinə tətbiq etdiyi fənd boğulmaya səbəb olub.
Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 13.02.2024-cü il tarixində saat 18:30 radələrində Xətai rayonu ərazisindən çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 14 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb",- deyə qurumdan əlavə edilib.