Bakı. Trend:
Almaniyada ölkənin sənaye və hərbi obyektləri üzərində naməlum pilotsuz uçuş aparatlarının bir neçə uçuşu qeydə alınıb və bu, araşdırmaların başlanmasına səbəb olub.
Trend-in məlumatına görə, bu barədə Almaniya KİV-ləri xəbər verib.
"Reynland-Pfalts polisi pilotsuz uçuş aparatlarının uçuşlarını araşdırmaq üçün xüsusi şöbə yaradıb", - deyə bildirilib.
Məlumata əsasən, noyabrın sonundan etibarən PUA-lar Almaniyanın cənub-qərbində BASF kimyəvi konserninin zavodları, eləcə də Ramşteyn aviabazasının üzərində müşahidə olunub. Bundan əlavə, "Rheinmetall" müdafiə konserninin üzərində bir PUA görünüb.