Bakı. Trend:
Rusiyada "Viber" messenceri bloklanıb.
Trend-in məlumatına görə, bu barədə "Roskomnadzor"un mətbuat xidməti bildirib.
Bildirilib ki, messencer Rusiya qanunvericiliyinə əməl etmədiyi üçün bloklanıb.
Məlumata əsasən, Viber xidmətinə giriş Rusiya qanunvericiliyinin messencerdən terror və ekstremist məqsədlər üçün istifadə təhlükəsinin qarşısını almaq üçün zəruri olan məlumatların yayılmasının təşkilatçıları üçün tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb.