...

Böyük Britaniya Trans-Sakit Okean Tərəfdaşlığına üzv oldu

Turizm Materials 15 Dekabr 2024 09:14 (UTC +04:00)
Böyük Britaniya Trans-Sakit Okean Tərəfdaşlığına üzv oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya rəsmi olaraq Trans-Sakit Okean Tərəfdaşlığının (TPP) yeni üzvü olub. Bu, ölkənin regionun 11 ölkəsini birləşdirən iqtisadi ittifaqa qoşulan ilk Asiya-Sakit okean regionundan kənar dövlət olması ilə tarixə düşüb.

Trend-in Yaponiya ictimai televiziyasına istinadən verdiyi məlumata görə, müvafiq protokol dekabrın 15-dən qüvvəyə minib. TPP-nin tələblərinə uyğun bütün prosedurları tamamlayan Böyük Britaniya assosiasiyaya qoşulmaqla ticarət rüsumlarının azaldılması, malların, kapitalın və texnologiyanın hərəkətinə dair prosedurların asanlaşdırılması imkanlarından yararlanacaq.

Yaponiyanın – TPP-nin ən böyük iqtisadiyyatının – fəal dəstəyi ilə Böyük Britaniyanın ittifaqa üzv olması təmin edilib, baxmayaraq ki, bu qərarla bağlı assosiasiya daxilində müəyyən müzakirələr olub.

Hazırda TPP-yə Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, Çili və Yaponiya daxildir. Bu saziş 2016-cı ildə ABŞ-ın iştirakı ilə imzalanmışdı, lakin Donald Tramp administrasiyası dövründə Vaşinqton TPP-dən çıxmışdı. TPP ölkələri dünya ÜDM-nin 15 faizinə və təxminən 580 milyon nəfər əhaliyə sahibdir.

Qeyd edək ki, Böyük Britaniya 1 fevral 2021-ci ildə TPP-yə qoşulmaq üçün müraciət edib. Hazırda Çin, Tayvan və Ukrayna da bu assosiasiyaya üzv olmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti