Bakı. Trend:
2025-ci ildə dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin hansı mənbə hesabına artırıldığı bəlli olub.
Trend xəbər verir ki, bu, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Belə ki, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 840 milyon manat proqnozlaşdırılsa da, üçüncü oxunuşda bu mənbə üzrə proqnozlaşdırılan gəlir 880 milyon manata qaldırılıb. Beləliklə, proqnozlaşdırılan gəlirlərdə 40 milyon manat artım qeydə alınıb.