...

Dünyada elektromobil satışında ardıcıl üçüncü ay rekord qeydə alınıb

Dünya xəbərləri Materials 14 Dekabr 2024 01:56 (UTC +04:00)
Dünyada elektromobil satışında ardıcıl üçüncü ay rekord qeydə alınıb

Bakı. Trend:

Qlobal elektromobil satışları noyabr ayında illik müqayisədə 32 faiz artaraq, ardıcıl üçüncü ay rekorda imza atıb.

Trend-in məlumatına görə, bunu “Rho Motion” tədqiqat şirkətinin dərc etdiyi məlumatlarda qeyd olunub.

“Reuters” agentliyi yazır ki, ay ərzində ümumi elektromobil satışlarının demək olar 70 faizi Çinin payına düşür və ölkənin satış artımında liderliyi davam edir. Avropada isə bir qədər azalma müşahidə olunur.

Çində artan tələbat və istehsal digər yerlərdə elektromobil bazarlarını təhdid etdiyi üçün bazar kritik dəyişikliklərə məruz qalır. Məsələn, Avropa ölkələri istehsal xərcləri, yeni karbon hədəfləri və artan rəqabətin öhdəsindən gəlmək üçün var gücü ilə mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti