Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda, ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir.